Türkiyə və Gürcüstan din xadimləri AĞDAMDA

media-ads_728_90

Türkiyə və Gürcüstan din xadimlərindən ibarət nümayəndə heyəti Ağdamda səfərdədir.

“TV1” xəbər verir ki, qonaqlar səfər zamanı 30 il ərzində törədilmiş dağıntılar, həmçinin tarixi yerlərlə də tanış olacaqlar.

Din xadimləri Ağdam Cümə məscidi, İmarət Kompleksi və Şəhidlər xiyabanını ziyarət edəcəklər. Qonaqlara işğalda olduğu müddət ərzində ermənilərin Azərbaycanın tarixi-mədəni irsinə qarşı həyata keçirdiyi vandalizm aktları haqqında məlumatlar veriləcək.

Qeyd edək ki, din xadimlərindən ibarət nümayəndə heyəti daha əvvəl Şuşada səfərdə olublar.

 

media-ads_728_90
Paylaş