Türkiyədə ard-arda iki zəlzələ olub

media-ads_728_90

Bu gün Türkiyənin Amasya vilayətində 4,2 və 4,4 maqnitudalı iki zəlzələ olub.

“TV1” xəbər verir ki, bu barədə Türkiyə hökuməti yanında Fövqəladə Halların İdarəedilməsi Departamenti məlumat yayıb.

Bildirilir ki, yerli vaxtla saat 12.23 və 12.26-da qeydə alınmış yeraltı təkanların episentri Gümüşhacıköy rayonunda yerləşib.

Zəlzələ ocağı təxminən 10 kilometr dərinlikdə olub.

 

media-ads_728_90
Paylaş