Türkiyədə daha bir güclü ZƏLZƏLƏ
Türkiyənin qərbindəki Balıkesir vilayətində 4,9 bal gücündə zəlzələ baş verib.
“TV1” xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) xəbər verib.
Məlumata əsasən, zəlzələnin episentri Sındırqı şəhəri ərazisində, 9,6 km dərinlikdə yerləşib. Daha sonra ən güclüsü 3,6 bal gücündə olan afterşoklar baş verib.
Dağıntılar və ya xəsarət alanlar barədə məlumat verilməyib.








