Türkiyədə daha bir güclü ZƏLZƏLƏ OLUB
Bu gün Türkiyənin Konya vilayətində 5,2 bal gücündə zəlzələ baş verib.
“TV1” xəbər verir ki, bu barədə Türkiyə hökuməti yanında Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilir ki, yerli vaxtla saat 15:46-da qeydə alınan yeraltı təkanların episentri Qulu rayonu ərazisində olub. Zəlzələnin ocağı 18,73 kilometr dərinlikdə yerləşib.
Zəlzələ qonşu vilayətlərdə, həmçinin Ankarada da hiss olunub.
Dağıntı və zərər barədə məlumat verilmir.