Türkiyədə güclü zəlzələ olub
Türkiyədə yerli vaxtla 09:22 radələrində İzmir, Manisa, Dənizli, Muğla və Aydın ətrafında zəlzələ olub.
“TV1” xəbər verir ki, zəlzələnin güclü hiss edildiyi bildirilib.
Yeraltı təkanla bağlı Türkiyənin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) açıqladığı məlumatda bildrilir ki, Türkiyənin Denizli vilayətinin Buldan rayonunda 5,1 bal gücündə zəlzələ baş verib.
Zəlzələ 7 kilometr dərinlikdə qeydə alınıb. Zəlzələnin ətraf rayonlarda da hiss olunduğu qeyd edilib.








