Türkiyədə güclü ZƏLZƏLƏ - Ölən və yaralananlar var/VİDEO

media-ads_728_90

Türkiyənin cənub-qərb sahilində 5,8 maqnitudalı zəlzələ olub.

“TV1” xəbər verir ki, bu barədə ölkənin Təbii Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Agentliyi məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların episentri Muğla şəhərinin Marmaris rayonundan 10,43 km məsafədə – Aralıq dənizində qeydə alınıb. Yerli vaxtla 02:17-də (Bakı vaxtı ilə 03:17) qeydə alınmış zəlzələnin ocağı 67,91 km dərinlikdə yerləşib.

Zəlzələnin Muğla şəhəri ilə yanaşı, İzmir və Antalyada da hiss edildiyi bildirilir.

Hadisə ilə bağlı açıqlana son məlumata görə, zəlzələ nəticəsində bir nəfər ölüb, 69 nəfər yaralanıb.


media-ads_728_90
Paylaş