Türkiyədə mikroavtobus TIR-la toqquşub - 14 yaralı var
Türkiyənin Sivas şəhərinin Ulaş rayonunda mikroavtobus ilə TIR toqquşub.
“TV1” xəbər verir ki, “Haber Global”ın verdiyi məlumata görə, yol qəzası nəticəsində sürücü daxil olmaqla 14 nəfər yaralanıb.
Yaralılar xəstəxanalara yerləşdirilib.