Türkiyədə bazarda PARTLAYIŞ - Ölən və yaralananlar var

media-ads_728_90

Türkiyənin Antalya şəhərinin Demre rayonunda meyvə-tərəvəz topdansatış bazarında partlayış baş verib.

“TV1” xəbər verir ki, NTV-nin yaydığı məlumata görə, bazardakı müəssisələrdən birində qeydə alınan hadisə nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb.

Partlayışın baş vermə səbəbi hələlik məlum deyil.

Əraziyə yanğınsöndürmə və təcili tibbi yardım briqadaları cəlb olunub.

media-ads_728_90
Paylaş