Türkiyədə səhər saatlarında ZƏLZƏLƏ OLUB 

media-ads_728_90

Türkiyədə bu gün səhər saatlarında daha bir zəlzələ olub. Ölkənin ən iri şəhərlərindən olan Konyada zəlzələ baş verib.

“TV1” xəbər verir ki, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) məlumatına əsasən, zəlzələ 3.9 maqnitudalı olub.

Seysmoloji hadisənin yerli vaxtla 07.16-da baş verdiyi, episentrinin Konyanın Cihanbəyli rayonu, hiposentrinin (yeraltı ocaq) isə 13,15 kilometr dərinlikdə qeydə alındığı bildirilir.

media-ads_728_90
Paylaş