Türkiyədə turistləri daşıyan avtobus qəzaya uğrayıb - 8 ölü, 20 yaralı

media-ads_728_90

Türkiyənin Çanaqqala şəhərində zənciravi qəza olub. Hadisə nəticəsində 8 nəfər ölüb, 20 nəfər yaralanıb.

“TV1” xəbər verir ki, hadisə Çanaqqala-Ezine avtomobil yolunda baş verib.

Çanaqqala “Truva Turizm” şirkətinə aid sərnişin avtobusu odun yüklü yük maşını və avtomobillə toqquşub.

Qəza yerinə təcili tibbi yardım, yanğınsöndürən, jandarma və polis briqadaları göndərilib.

Sərnişin avtobusunda 25 nəfər olub.

media-ads_728_90
Paylaş