Türkiyədə zəlzələ olub

media-ads_728_90

Türkiyənin Aralıq dəniz sahillərində 4,4 bal gücündə zəlzələ olub.

“TV1” xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Zəlzələ Mersin vilayətinin Silifke rayonundan 172,57 kilometr məsafədə, yerin 8,99 kilometr dərinliyində qeydə alınıb.

Dağıntı və ya tələfat barədə məlumat verilməyib.

media-ads_728_90
Paylaş