Türkiyədə zəlzələ olub
Egey dənizi sahillərində 3,6 maqnitudalı zəlzələ olub.
“TV1” xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilir ki, yerli vaxtla saat 02:22-də baş verən zəlzələnin dərinliyi 7,99 kilometr olub.
Dağıntı və tələfatla bağlı hələlik məlumat yoxdur.