Türkiyədəki meşə yanğınları qismən nəzarət altına alınıb
Artıq bir neçə gündür Türkiyənin müxtəlif bölgələrində davam edən meşə yanğınları qismən nəzarət altına alınıb.
“TV1” xəbər verir ki, Türkiyənin kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaklı yanğınlarla bağlı son vəziyyəti sosial media hesabında açıqlayıb.
Məlumata əsasən, ölkənin Manisa vilayətinin Gördes və Uşakın Eşme rayonlarında havadan və qurudan aparılan əməliyyatlar nəticəsində alovu söndürmək mümkün olub. Hazırda bu bölgələrdə soyutma işləri aparılır.
Aydının Bozdoğan, İzmirin Menderes, Muğlanın Ula və Yatağan rayonlarındakı yanğınlar da qismən söndürülüb.