Türkiyənin 10 təyyarəsi İran və İraqda qalıb

media-ads_728_90

Təl-Əviv və Tehran arasındakı hərbi münaqişə Türkiyənin 10 aviaşirkətinin təyyarələrinin İran və İraqdakı hava limanlarından havaya qalxmasına mane olur.

“TV1” xəbər verir ki, bu barədə “Airporthaber” məlumat yayıb.

“Pegasus” Hava Yollarının İranda beş, İraqda isə iki təyyarəsi qalıb. Türk Hava Yollarına məxsus bir təyyarə və bir AJet təyyarəsi də İraqda qalıb. “Tailvind Airlines” şirkətinə məxsus daha bir təyyarə də İrandadır”, – deyə məlumatda qeyd olunub.

Portalın məlumatına görə, Türkiyə hakimiyyəti öz təyyarələrinin təhlükəsiz şəkildə qayıtmasını təmin etmək üçün diplomatik səylər göstərir.

media-ads_728_90
Paylaş