media-1200x100

Türkiyənin baş qərargah rəisi Azərbaycan HHQ-nin komandanını qəbul edib - FOTO

media-ads_728_90

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Metin Gürak Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Namiq İslamzadəni qəbul edib.

“TV1” xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin rəsmi X sosial media hesabında qeyd edilib.

Bildirilib ki, Ankarada baş tutan qəbulda Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı ordu generalı Ziya Camal Kadıoğlu da iştirak edib.

media-ads_728_90
Paylaş