Türkiyənin “F-16”ları Azərbaycanda
Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycanda keçiriləcək 8 Noyabr – Zəfər Günü münasibətilə təşkil olunacaq paradda iştirak edəcək türk heyəti ilə bağlı açıqlama yayıb.
“TV1” xəbər verir ki, Nazirliyin açıqlamasına görə, Azərbaycanın “8 Noyabr Zəfər Günü” bayram paradında Türkiyə Prezident Qvardiyası Alayının Rəsmiyyət Birliyi və Hərbi Hava Qüvvələrimizə məxsus 6 ədəd F-16 təyyarəsi də qatılacaq.








