Bu gün Türkiyənin Zəfər Bayramı GÜNÜDÜR
Bu gün Türkiyədə Zəfər Bayramı qeyd edilir.
“TV1” xəbər verir ki, 1922-ci ilin 26 avqustunda Mustafa Kamal Atatürkün baş komandanlığı ilə başlayan müharibənin 30 avqustda Dumlupınarda qələbə ilə nəticələnməsi qardaş ölkədə bayram kimi qeyd olunur.
Zəfər Bayramının 102-ci ildönümü Türkiyədə böyük coşqu, təntənə ilə qeyd edilir.
Birinci Dünya Müharibəsindən məğlub çıxmış Osmanlı dövlətinin düşmən ölkələr tərəfindən parçalanmasının qarşısı bu qələbə ilə alınıb. Bu, 1919-1922-ci illərdə davam edən Qurtuluş Savaşının ən həlledici mərhələsi hesab edilir.
İlk dəfə 1923-cü ildə qeyd edilən qələbə günü 1926-cı ildən rəsmi olaraq Zəfər Bayramı elan olunub.
Avqustun 30-u həmçinin Türkiyə Silahlı Qüvvələri Günü kimi də əlamətdardır.