"TV1" kanalında "Qaraca qız" serialının YAYIMI BAŞLAYIB
“TV1” kanalının efirində ötən gündən başlayaraq “Qaraca qız” serialı yayımlanır.
“TV1” xəbər verir ki, serialın rejissoru Elçin Məmiyevdir (Cahangirli).
E.Məmiyev “TV1”-ə verdiyi açıqlamasında bildirib ki, serialın ssenari müəllifi Səbuhi Bayramov, prodüseri isə Murad Məmiyevdir:
“Serialda tanınmış aktyorlar rol alıb. Baş rolu – Qaraca qız obrazını isə Nigeriyadan olan Olayinka Viktoriya Aderemi oynayır. Süjet xətti Azərbaycan ailəsinə gəlin gələn Qaraca qızın başına gələn macəralardan bəhs edir”.
Xatırladaq ki, “TV1” kanalı KATV1-də yayımlanır.