Ukrayna ilk dəfə Azərbaycandan qaz almağa başlayıb

media-ads_728_90

“Naftogaz” qrupuna daxil olan şirkət ilk dəfə Azərbaycan qazının alınması ilə bağlı SOCAR Group-un Ukraynadakı törəmə şirkəti – “SOCAR Energy Ukraine” ilə müqavilə imzalayıb.

 “TV1” xəbər verir ki, Azərbaycan qazının sınaq məqsədilə ilk nəqli Transbalkan marşrutu üzrə – Bolqarıstan-Rumıniya-Ukrayna dəhlizi vasitəsilə həyata keçirilir.

“Bu, kiçik həcmli, lakin strateji baxımdan mühüm addımdır və uzunmüddətli əməkdaşlığa yol açır. Eyni zamanda, təchizat mənbələrinin diversifikasiyası və Ukraynanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində daha bir nümunədir”, – deyə “Naftogaz”ın baş icraçı direktoru Serhiy Koretski bildirib.

O, bu razılaşmanın əldə olunmasına dəstək verdiklərinə görə Ukrayna prezidentinə, hökumətə və Energetika Nazirliyinə təşəkkürünü bildirib, həmçinin, Azərbaycandan olan tərəfdaşlara göstərdikləri etimada görə minnətdarlığını ifadə edib. /report/

media-ads_728_90
Paylaş