Ukraynada atəşkəs üçün tərəflər görüşməlidir - Donald Tramp
“Ukraynada atəşkəsi genişləndirmək üçün Moskva və Kiyev arasında görüş keçirilməlidir”.
“TV1” xəbər verir ki, bu fikri ABŞ prezidenti Donald Tramp ABŞ-Rusiya nümayəndə heyətləri arasında Ər-Riyadda keçirilən son görüşdən sonra açıqlamasında bildirib.
Tramp qeyd edib ki, tərəflər yenidən görüşməlidir.
ABŞ prezidenti tərəflər arasında artıq bəzi razılaşmaların əldə olunduğunu deyib.