Ukraynaya silah tədarükünə qoyulan məhdudiyyətlər QALDIRILDI

media-ads_728_90

Almaniya, ABŞ, Fransa və Böyük Britaniya Ukraynaya silah tədarükünə qoyulan məhdudiyyətləri qaldırıb.

“TV1” xəbər verir ki, bu barədə Almaniya kansleri Fridrix Merts açıqlama verib.

O bildirib ki, Berlin və onun müttəfiqləri tərəfindən Kiyevə verilən silahların çeşidinə artıq məhdudiyyət yoxdur:

“Ukraynaya verilən silahların çeşidinə məhdudiyyət yoxdur – nə ingilislər, nə fransızlar, nə də biz. Amerika tərəfində də heç bir məhdudiyyət yoxdur”.

F.Merts deyib ki, Berlin artıq Ukraynaya verilən uzaqmənzilli silahları məhdudlaşdırmır.

media-ads_728_90
Paylaş