media-1200x100

Universitetlərə qəbul olanlar üçün qeydiyyat başlayıb

media-ads_728_90

Bu gün 11:00-da ali təhsil müəssisələrinə bakalavriat səviyyəsi üzrə qəbul olunanlar üçün qeydiyyat prosesinə start verilib.

“TV1” xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin məlumatında bildirilir.

Məlumatda qeyd olunur ki, abituriyentlər https://portal.edu.az/ platformasında “Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər. Açılan səhifədə şəxsi və qəbul məlumatlarının təsdiqi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür.

Elektron sistem üzrə qeydiyyat 6 sentyabr saat 18:00-da başa çatacaq.

Müvafiq xidmət vasitəsilə qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.

media-ads_728_90
Paylaş