Vasitəçilər Qəzzada 50 günlük atəşkəsi müzakirə edirlər

media-ads_728_90

Qətər və Misir Qəzza zolağında beş İsrail girovunun azad edilməsini və 50 günlük atəşkəsi nəzərdə tutan yeni atəşkəs müqaviləsi bağlamaq üçün HAMAS və İsraillə məsləhətləşmələr aparır.

“TV1” TASS-a istinadən xəbər verir ki, bu barədə “Asharq” telekanalı məlumat yayıb.

“Misir və Qətər nümayəndə heyətləri İd əl-Fitr bayramı ərəfəsində Qəzza zolağında müvəqqəti atəşkəsə nail olmaq məqsədilə münaqişə tərəfləri ilə danışıqlar aparır”, – kanalın həmsöhbətləri bildirib.

Onların məlumatına görə, yeni təklif beş girovun bir sıra fələstinli məhbuslarla mübadiləsi və 50 günlük atəşkəs nəzərdə tutur.

media-ads_728_90
Paylaş