Roma Papası ilə vida mərasimi başa çatıb - YENİLƏNİB
Vatikanda Papa Fransisklə vida mərasimi başa çatıb.
“TV1” xəbər verir ki, mərasimi 250 min nəfər canlı izləyib.
12:36 _________________________________________________________________________________________________________________
Aprelin 21-də vəfat edən Roma Papası Fransiskin Vatikandakı iqamətgahındakı kapellasında – “Müqəddəs Marfa” evində onunla vida mərasimi başlayıb.
“TV1” xəbər verir ki, Fransisk Santa Maria Maggiore bazilikasında dəfn ediləcək.
2022-ci ildə hazırlanmış və dünən açıqlanan vəsiyyətnamədə pontifik dəfn olunmaq istədiyi dəqiq yeri göstərib. Vəsiyyətnamədə qeyd olunduğu kimi, onun dəfn xərcləri xeyriyyəçi tərəfindən ödənilib.
Dəfn mərasiminin şənbə günü, aprelin 26-da keçiriləcəyi gözlənilir. Vatikan qaydalarına görə, pontifik ölümündən 4-6 gün sonra dəfn edilməlidir.
Qeyd edək ki, Müqəddəs Taxtın mətbuat xidmətinin dünən yayımladığı rəsmi tibbi hesabatda Fransiskin koma və ürək dayanmasına səbəb olan insult keçirdiyi bildirilir.