Vatikanda yeni Roma Papasının seçilməsi prosesi başlayır
Mayın 7-də Müqəddəs Taxt-Tacda yeni – 267-ci Roma Katolik Kilsəsinin rəhbərinin seçilməsi üçün konklav (seçki) keçirilir.
“TV1” xəbər verir ki, konklava mərhum Papa Fransiskin rəhbərliyi dövründə Müqəddəs Taxt-Tacın dövlət katibi vəzifəsini icra etmiş italiyalı kardinal Pietro Parolin rəhbərlik edir.
Hazırda bütün dünyada diqqət yeni Papanın seçiləcəyi bu kritik prosesə yönəlib. Konklav başlayandan sonra izdiham Müqəddəs Pyotr meydanına toplaşaraq Sikstin Kapellasına quraşdırılan bacadan çıxacaq tüstünün rəngini yaxından izləyir. Yeni Roma Papasının kim olacağı ilə yanaşı, konklavın nə qədər davam edəcəyi də maraq doğurur. Vatikanda seçki prosesini işıqlandırmaq üçün 5300-dən çox jurnalist akkreditasiyadan keçib.