Vərəm xəstələrinə hansı hallarda dərmanlar pulsuz verilir?
“Azərbaycanda vərəm əleyhinə proqram icra olunur”.
“TV1” xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundova deyib.
Onun sözlərinə görə, bu proqram çərçivəsində xüsusi dərmanlar alınır.
“Bu dərmanlar, müayinələr vərəm əleyhinə müalicə alanlar üçün tam sağalana qədər pulsuzdur”.
İradə Axundova qeyd edib ki, bunun üçün xəstə aktiv vərəm xəstəsi kimi qeydiyyatda olmalıdır.