Vətəndaşlar polis rəislərinə birbaşa müraciət edəcəklər - VİDEO

media-ads_728_90

Vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin artırılması məqsədilə DİN tərəfindən tədbirlər davam etdirilir.

“TV1” xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin məlumatında bildirilir.

Qeyd olunur ki, vətəndaşlar onlayn şəkildə qəbula yazılaraq ərazi polis orqanlarının rəislərinə birbaşa müraciət edə bilərlər.

Müraciətlərin operativ, obyektiv və həssaslıqla araşdırılması məqsədilə göstərilən bu elektron xidmətdən yararlanmaq üçün DİN-in rəsmi internet saytı və “e-polis” tətbiqində müvafiq bölmə yaradılıb.

Mobil tətbiqə daxil olaraq “Ana səhifə”dən “Qəbula yazıl” xidmətinə keçid edib qarşınıza çıxan müvafiq ardıcıllıqları yerinə yetirməklə müraciətinizi tamamlayırsınız.

Qəbula yazılan hər bir şəxsin müraciəti Daxili İşlər Nazirliyi tərəfindən nəzarətə götürülür və problemin ən qısa zamanda həlli üçün zəruri tapşırıqlar verilir.

media-ads_728_90
Paylaş