Xamenei və Pezeşkian öldürülüb? - Rəsmi Tehranın AÇIQLAMASI

media-ads_728_90

İranın, demək olar, bütün rəsmi şəxsləri sağ-salamatdır.

“TV1” xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi “NBC” televiziyasına bildirib.

“Ayətullah Əli Xamenei və prezident Məsud Pezeşkian sağdırlar”, – XİN rəhbəri qeyd edib.

“Ola bilsin ki, biz bir və ya iki komandirimizi itirmişik, lakin bu, böyük problem deyil”, – deyə Əraqçi qeyd edib.

Qeyd edək ki, İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin və prezident Məsud Pezeşkianın bu gün ölkəyə hava zərbələri nəticəsində həlak olduqları barədə məlumatlar yayılıb.

media-ads_728_90
Paylaş