Xameneinin istənilən varisi qeyd-şərtsiz İsrailin hədəfinə çevriləcək - İsrael Kats

media-ads_728_90

İsrailin müdafiə naziri İsrael Kats bəyan edib ki, İranın ali lideri Əli Xameneinin istənilən varisi “qeyd-şərtsiz hədəfə çevriləcək və öldürüləcək”.

“TV1” xəbər verir ki, bu barədə İsrail KİV-i məlumat yayıb.

“İranın İsrailin məhv edilməsi planını davam etdirmək, ABŞ-yə, azad dünyaya və regionun ölkələrinə qarşı təhdidlər yaratmaq üçün təyin etdiyi istənilən lider qeyd-şərtsiz hədəfə çevriləcək və öldürüləcək”, – deyə İ.Katsın bəyanatında bildirilib.

O qeyd edib ki, İsrail rejimin potensialını zəiflətmək və onun devrilməsi üçün şərait yaratmaq məqsədilə ABŞ ilə birgə döyüş əməliyyatlarını davam etdirmək niyyətindədir.

media-ads_728_90
Paylaş