Xankəndidə yaşayan erməni əsilli vətəndaşların seçkiyə cəlb olunub-olunmayacağına aydınlıq gətirilib
Parlament seçkilərində səsvermə hüququ olan Azərbaycan vətəndaşları üçün bütün şərait yaradılıb.
“TV1” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfransında Xankəndidə yaşayan erməni əsilli vətəndaşların seçkiyə cəlb olunub-olunmayacağı barədə sualı cavablandırarkən deyib.
O qeyd edib ki, səsvermə hüququ olan Azərbaycan vətəndaşları üçün bütün şərait yaradılıb. “Onun hansı millətdən olması əhəmiyyət kəsb etmir. Şəxsiyyət vəsiqəsini təqdim edən istənilən insan səs verə bilər. Səsvermə hüququ olan bütün vətəndaşlarımıza biz şərait yaratmışıq”.