Xankəndiyə dolu düşdü - VİDEO
Bu gün Xankəndi şəhərinə və ətraf yaşayış məntəqələrinə küləklə müşahidə olunan leysan xarakterli yağış yağıb, dolu düşüb.
“TV1” xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, günün ikinci yarısından etibarən qeyri-sabit hava şəraiti davam edib.
Şəhər təsərrüfatına ziyan dəyməyib. Şəhərin kommunal təsərrüfatında elektrik enerjisi, içməli su və təbii qaz verilişində məhdudiyyət yaranmayıb.
Görüntüləri təqdim edirik: