Dövlət xətti ilə xaricdə təhsil alan Azərbaycan vətəndaşlarının SAYI
Xarici ölkələrin ali məktəblərində dövlət xətti ilə təhsil alan Azərbaycan vətəndaşlarının sayı 2023/2024-cü tədris ilinin əvvəlinə 997 nəfər olub.
“TV1” xəbər verir ki, bu məlumat Dövlət Statistika Komitəsinin “Azərbaycanda təhsil, elm və mədəniyyət-2024” adlı rəsmi statistik məcmuəsində əks olunub.
Məcmuədə bildirilir ki, onların 217-si MDB məkanında, 780-i isə digər ölkələrdə təhsil alır.