media-1200x100

Xəbərdarlıq: Yüksək dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır

media-ads_728_90

Sentyabrın 16-sı axşam qərb rayonlarından başlayaraq 17-si gündüzədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən “TV1”-ə verilən məlumata görə, ayrı-ayrı yerlərdə – Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvanda leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır.

Havanın temperaturu ötən günlərlə müqayisədə 3-6° enəcək.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

 

media-ads_728_90
Paylaş