media-1200x100

Xədicə Zeynalova: "Almaniyada ilin bəstəkarı seçilməyim qürurvericidir" - EKSKLÜZİV/FOTO

media-ads_728_90

“2024-cü il Almaniyanın Mədəniyyət Nazirliyi və “Klosterlandschaft OWL” tərəfindən ilin bəstəkarı seçildim və “Artist in Residence” nominasiyasına layiq görüldüm. Bu mənim üçün çox qürurverici bir hadisədir”.

Bunu “TV1”-ə eksklüziv açıqlamasında bəstəkar, sənətşünaslıq üzrə fəlsəfə doktoru Xədicə Zeynalova deyib.

O qeyd edib ki, bu hadisə ilə əlaqədar Almaniya kütləvi informasiya vasitələrində məqalələr nəşr olunub:

“Bunlardan bir neçəsini misal göstərmək istəyirəm. Sentyabr ayında “Reporter” jurnalının üz qabığında fotom yerləşdirildi. Jurnalda həmçinin haqqımda geniş məqalə nəşr olunub. Bu nominasiya çərçivəsində yeni bir əsər yazdım. Həmin əsərin premyerası bu ilin iyul ayında keçirilib. Almaniyanın 3 şəhərində 3 müəllif konsertim baş tutub”.

X.Zeynalova bildirib ki, bu ilin sonuna qədər Almaniyada bir çox tədbirlərin də keçirilməsi nəzərdə tutulub.

media-ads_728_90
Paylaş