Xəzər dənizində brakonyerlər saxlanılıb
Xəzər dənizində brakonyerlər saxlanılıblar.
“TV1” xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.
Suraxanı rayonu, Qum adası adlanan ərazidə qanunsuz balıq ovu ilə məşğul olan 48 yaşlı Həşim Göyçayev və əvvəllər məhkum olunmuş 41 yaşlı Natiq İsgəndərov saxlanılıblar.
Onlardan 195 ədəd qanunsuz ovlanmış balıq, kustar üsulla hazırlanmış ov alətləri və mühərrikli qayıq aşkarlanıb.
Su bioresurslarının mühafizəsi və ekoloji tarazlığın qorunması məqsədilə su polisləri tərəfindən aidiyyəti dövlət qurumları ilə birgə nəzarət-profilaktik tədbirlər davam etdirilir.