Xırdalanda 19 yaşlı oğlan qətlə yetirilib, həmyaşıdı tutulub
Xırdalan şəhərində qətl hadisəsi baş verib.
“TV1” xəbər verir ki, 2006-cı il təvəllüdlü Elmir Şakir oğlu Qədirov şəhər ərazisindəki parkda bıçaqlanaraq qətlə yetirilib.
Cinayəti törətməkdə şübhəli bilinən 2006-cı il təvəllüdlü Fərid Rəşad oğlu Məmmədov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.