Xocalı sakinləri 32 ildən sonra ilk dəfə doğma yurdlarında səs verirlər
Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilər Xocalı rayonu ərazisində üç məntəqədə keçirilir.
“TV1” xəbər verir ki, 118 saylı Ağdam-Xocalı seçki dairəsinin 71 saylı məntəqəsi Xocalı rayonunun Təzəbinə kəndində, 72 saylı məntəqə Əsgəran qəsəbəsində, 73 saylı məntəqə Xocalı şəhərində təşkil edilib.
Bu ilin may ayında Xocalıya qayıtmış sakinlər 32 ildən sonra ilk dəfə olaraq doğma yurdlarında səs verirlər.