Xocavənddə yanğın olub - Əraziyə helikopterlər cəlb olunub
Xocavənd rayonunun Cütcü kəndi istaqamətində açıq ərazidə yanğın baş verməsi barədə daxil olmuş məlumat əsasında Fövqəladə Hallar Nazirliyinin qüvvələri əraziyə cəlb olunub.
“TV1” xəbər verir ki, bu barədə FHN-nin məlumatında bildirilib.
Qurumdan verilən məlumata görə, hazırda göstərilən istiqamətdə Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Aviasiya dəstəsinin helikopterləri tərəfindən yanğınla mübarizə tədbirləri davam etdirilir.