Yaponiyada ölüm hökmü İCRA EDİLDİ - 2022-ci ildən sonra ilk dəfə

media-ads_728_90

Yaponiyada 2022-ci ildən bəri ilk ölüm hökmü icra edilib.

“TV1” xəbər verir ki, bu barədə ölkənin ictimai televiziyası məlumat verib.

Bu, həm də Baş nazir Şiqeru İşiba hökumətində ədliyyə naziri tərəfindən edam fərmanının imzalandığı ilk ölüm hökmüdür. Yaponiyada ölüm hökmü asılmaqla həyata keçirilir.

Edam edilən 34 yaşlı Takahiro Şiraişi 2017-ci ildə doqquz adamı öldürüb. O, ölüm cəzasına məhkum edilib.

T.Şiraişi sosial şəbəkə vasitəsilə tanış olduğu 15-26 yaş arası qızları öz mənzilinə aparıb, sonra isə öldürüb.

media-ads_728_90
Paylaş