media-1200x100

Yaşar Güler: “Türkiyə Azərbaycanın yanında olacaq”

media-ads_728_90

“Azərbaycan Silahlı Qüvvələri Vətən müharibəsində əzmkarlıq və qəhrəmanlıq nümayiş etdirərək Qarabağın azad olunmasına nail olub”.

“TV1” xəbər verir ki, bu sözləri Türkiyəni milli müdafiə naziri Yaşar Güler Türkiyədə Qazilər Gününə həsr olunmuş tədbirdəki çıxışında deyib.

Tədbirin iştirakçıları arasında Azərbaycandan 44 günlük Vətən müharibəsi qaziləri də olublar.

Türkiyə və Azərbaycan şəhidlərinin xatirəsini anan nazir qazilərə hörmət və təşəkkürünü ifadə edib. O vurğulayıb: “Bir millət, iki dövlət” konsepsiyasını rəhbər tutaraq, biz sevincdə də, kədərdə də Azərbaycanı dəstəkləməkdə davam edəcəyik”.

media-ads_728_90
Paylaş