Yekaterinburqda öldürülən Səfərov qardaşlarının nəşi bu gün Azərbaycana gətiriləcək
Yekaterinburqda öldürülən Hüseyn və Ziyəddin Səfərovların nəşi bu gün Azərbaycana gətiriləcək.
“TV1” xəbər verir ki, bu barədə onların qardaşı Seyfəddin Hüseynli məlumat verib.
Onun sözlərinə görə, təyyarənin bu gün saat 19:30-da Bakıya çatması gözlənilir. /report/