Yekaterinburqda “Taleyin zəngi” - FOTO/VİDEO 

media-ads_728_90

Aprelin 11-də Yekaterinburqda “Taleyin zəngi” yeni musiqili tamaşa oynanılıb.

“TV1” xəbər verir ki, Ural Dövlət Dağ-Mədən Universitetinin konsert zalında tamaşaya qoyulan “Taleyin zəngi” tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

“Taleyin zəngi” hər günün yeni bir başlanğıc ola biləcəyini xatırladan yeni musiqili tamaşadır. Tamaşada baş rolları Nuray Ağababayeva və Aqşin Şıxlinski oynayırlar.

Tamaşada dərin məna daşıyan səhnələr var. Bəzən taleyin təsirinin harada bitdiyini və öz hərəkətlərinin harada başladığını ayırd etmək çətindir. Yoxsa bu, ssenarini mütləq müəyyən edən tək bir nümunədir? Tale olduqca sirli bir anlayışdır, razı deyilsiniz? Bəzən əhəmiyyətsiz görünən bir an həlledici olur. Təsadüfi an. Diqqətsiz bir an. 

“Taleyin zəngi” yeni musiqili tamaşası izləyicilər tərəfindən anşlaqla qarşılanıb.

“Azərbaycan-Ural” İctimai Milli Mədəni təşkilatının sədri Şahin Şıxlinski tamaşanın kollektivi ilə görüşüb. Uğurlu səhnə performansı ilə izləyicilərin böyük rəğbətini qazanan teatr kollektivini təbrik edən Ş.Şıxlinski gənclərə yaradıclıq uğurları arzulayıb.

media-ads_728_90
Paylaş