Yeni Roma Papası seçilib

media-ads_728_90

Müqəddəs Taxt-Tacda keçirilən konklavın (seçki) ikinci günündə dördüncü səsvermə nəticəsində yeni – 267-ci Roma Katolik Kilsəsinin rəhbəri seçilib.

“TV1” xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Kardinal Robert Frensis Prevost yeni Roma Papası seçilib. O, XIV Lev adını alıb.

69 yaşlı kardinal Robert Prevost əslən Çikaqodandır. Robert Frensis Prevost mərhum papanın siyasətinin tərəfdarı kimi tanınır. Yoxsullara kömək etməyi, miqrantları və açıq kilsəni müdafiə edir. Robert Frensis Prevost 2023-cü ilin sentyabrında kardinal olub.

Qeyd edək ki, Roma Papası Fransisk aprelin 21-də vəfat edib. Yeni pontifikin seçilməsi üçün Vatikanda konklav mayın 7-də toplanıb.

 

media-ads_728_90
Paylaş