Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Azərbaycanda avtomobil yollarında vəziyyət açıqlanıb.
“TV1” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatında bildirilir.
Qeyd olunur ki, martın 24-də bəzi yerlərdə yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir.