Yollarda görünüş məsafəsi məhdudlaşacaq - XƏBƏRDARLIQ
Sabah bəzi rayonlarda avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq.
“TV1” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Məlumatda qeyd olunur ki, aprelin 2-də bəzi rayonlarda yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.