Zelenskinin müsahibəsi zamanı işıqlar sönüb - VİDEO
Ukrayna Prezidenti Volodimir Zelenski ilə Britaniyanın “The Guardian” nəşrinin jurnalisti Lyuk Hardinq arasında müsahibə zamanı elektrik enerjisi kəsilib.
“TV1” xəbər verir ki, müsahibə Kiyevdəki Mariinski sarayında keçirilib.
“Bu, həyatdır”, – deyə Ukrayna lideri şərh edib.
Jurnalist elektrik kəsilməsi səbəbindən müsahibəni sinxron tərcümə olmadan davam etdirməyi təklif edib. Ukrayna prezidenti təkliflə razılaşıb.
Qeyd edək ki, qısa müddətdə elektrik enerjisi bərpa olunub.







