Zəlzələ XƏBƏRDARLIĞI - Bu ərazilərdə...
Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) və Mədən Tədqiqat və Axtarış Ümumi Müdirliyi (MTA) tərəfindən yenilənən Zəlzələ Təhlükəsi və Aktiv Fay Xəritələri əsasında ölkədə zəlzələ riski ən aşağı olan 20 şəhər müəyyən edilib.
“TV1” xəbər verir ki, siyahıda ilk yerlərdə Sinop, Artvin və Rize şəhərləri yer alır.
Səlahiyyətlilər riskin aşağı olmasına baxmayaraq, zəlzələyə hazır olmaq üçün çağırış ediblər.
Yenilənmiş xəritəyə əsasən, siyahıda Qara dəniz və İç Anadolu bölgələrində yerləşən şəhərlər üstünlük təşkil edir. Böyük şəhərlərdən uzaq, əsas fay xətlərindən nisbətən qorunan bu bölgələr həm mövcud tikili vəziyyəti, həm də coğrafi mövqeləri baxımından daha az riskli ərazilər hesab edilir.
Türkiyədə zəlzələ riski ən aşağı olan 20 şəhər:
Sinop
Artvin
Rize
Trabzon
Giresun
Kastamonu
Bartın
Zonguldak
Karabük
Amasya
Çankırı
Yozgat
Kırşehir
Nevşehir
Niğde
Aksaray
Konya
Karaman
Kırıkkale
Edirne