Zəngilanın Ağalı kəndinə ilk köçdən üç il ötür

media-ads_728_90

Zəngilan rayonunun Ağalı kəndinə əhalinin qayıdışından bu gün üç il ötür.

“TV1” xəbər verir ki,  30 ilə yaxın həsrət içində yaşayan insanlar üç il əvvəl doğma yurdlarına qayıtdılar.

Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi əsasında işğaldan azad olunmuş ərazilərdə birinci pilot layihə Zəngilan rayonun Ağalı kəndində icra edilib.

Ağalıda “Ağıllı kənd” layihəsinin təməli 2021-ci ilin aprel ayında Prezident İlham Əliyev tərəfindən qoyulub. 2022-ci il iyul ayının 19-dan etibarən Ağalı kəndinə mərhələlərlə köç başlayıb. “Böyük Qayıdış” layihəsi çərçivəsində 2024-cü il yanvar ayının 18-dək Zəngilan rayonunun Ağalı kəndinə 175 ailə (871 nəfər) köçürülüb.

Kənddə innovativ tikinti materiallarından istifadə olunmaqla tam izolyasiya olunmuş 200 fərdi ekoloji ev, ikimərtəbəli 4 qeyri-yaşayış binası, 360 şagird yerlik məktəb və 60 yerlik uşaq bağçası tikilib. Növbəti mərhələ çərçivəsində 150 evin tikilməsi nəzərdə tutulur.

Enerjiyə tələbat alternativ enerji mənbələri vasitəsi ilə təmin olunur. Kənddə Smart DOST, “ASAN xidmət”, Azərpoçt, KOB inkişaf mərkəzləri fəaliyyət göstərir.

Ağalı kəndində aqrar sektorun inkişafına xüsusi önəm verilib. Kəndin kənarında yerləşən böyük əkin sahəsində pilot sistemlər quraşdırılıb. Bu sistemlərlə 157 hektar sahənin suvarılması nəzərdə tutulub.

media-ads_728_90
Paylaş