10 ildən yuxarı təcrübəsi olan sürücülər 488 avtoqəza törədib

media-ads_728_90

Azərbaycanda 2025-ci il ərzində 10 ildən yuxarı təcrübəsi olan sürücülər 488 yol-nəqliyyat hadisəsi törədib.

“TV1” xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, sürücünün həddindən artıq özünə güvənməsi sürətin düzgün seçilməməsinə, təhlükəsiz ara məsafəsinin saxlanılmamasına, riskli manevrlərə səbəb olur:

“Bəzən sürücülər uzun illər sükan arxasında olmasına, tanış marşruta və ya avtomobilinin texniki imkanlarına güvənərək riskləri düzgün qiymətləndirmir”.

media-ads_728_90
Paylaş