18 yaşlı gənc göldə boğularaq ölüb

media-ads_728_90

Lənkəranda 18 yaşlı şəxs göldə boğularaq ölüb.

“TV1” xəbər verir ki, hadisə rayonun Tükəvilə kəndi ərazisində baş verib.

Kənd sakini, 2007-ci il təvəllüdlü Tohid Bəhram oğlu Ələsgərov ehtiyatsızlıqdan sahələrin suvarılması üçün yaradılan gölə yıxılıb və suda boğulub.

Yaxınları hadisədən xəbər tutandan sonra göldəki suyun səviyyəsi azaldılıb və meyiti sudan çıxarmaq mümkün olub.

Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

media-ads_728_90
Paylaş